Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 22-23 avqust 2024-cü il tarixlərində Laçın rayonunda tibbi aksiya keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 22-23 avqust 2024-cü il tarixlərində Laçın rayonunda azad edilmiş torpaqlarında tibbi aksiya keçirəcldi.
İkigünlük aksiya çərçivəsində 200-dək Laçın sakinləri oftalmolojı müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd görmə patologiyalarının erkən aşkarlanması vasitəsilə diaqnoz qoyulmamış və ya müalicə olunmamış göz xəstəliklərindən yarana biləcək potensial problemlərin qarşısını almaqdır.
Aksiya zamanı göstərilən müayinə və müalicə vasitəsitələri pasiyentlərin həyat keyfiyyətinin və ümumi rifahın yaxşılaşmasına səbəb olur.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi dr. Lamiyə Həsənzadə və rezident dr. Nuranə Ələkbərova tərəfindən həyata keçirildi.
Aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini dr. Nəzərli Ceyhun, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri dr. Abdıyeva Yazgül, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçisi Qurbanova Leyla və Səyyar Klinikanın sürücüləri Nəsirov Vasif və Məmmədov Vüsal iştirak etdilər.