Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyində aksiya keşirildi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu,Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əmakdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımovun təşəbbüsü ilə baş tutan aksiyada məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizənin yollarını göstərməkdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyində reallaşan aksiyada 100-dən yuxarı gözdən əlil vətəndaş müayinə olunub və onlardan ehtiyacı olanlara eynəklər verilib. Tibb üzrə fəlsəfə doktoru, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyevanın sözlərinə görə, mərkəz vaxtaşırı həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, müayinə və müalicə edir. Mərkzəin Gəncə və Masallı filiallarında, o cümlədədən səyyar xidmətlər nəticəsində hər ay onlarla gözdən əlilil müayinə və müalicə olunur. Onun sözlərinə görə, bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Bu aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılıb. Statistik məlumatlara əsasən, dünya əhalisinin 4%-i ciddi görmə qüsurlarından, və ya korluqdan əziyyət çəkir. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır. Korluqla mübarizə durmadan davam etdirilərsə, dünya əhalisinin 80%-də korluğun qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir. 2020-ci ilə qədər qeyd olunanların həyata keçirilməsi gözlənilir. Bizim ölkədə, yən Azərbaycanda da də korluq və görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür. Yüksək standartlara cavab verən klinikalarımız, xəstəxanalarımız, peşəkar həkimlərimiz fəaliyyət göstərir.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev ölkəmizdə gözdən əlillərə qayğı ilə yanaşdığını bildirib. O qeyd edib ki, bütün bu göstəricilər əlbəttə ki, ölkə başçısı cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın əlil vətəndaşlara qarşı göstərdiyi diqqət və ehtiramın bariz nümunəsidir. Səmyar Abdullayev aksiyada iştirak edən və əməyi olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün həkimlərinə öz dərin təşəkkürünü bildirib.
Dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının patalogiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb.