Azərbaycanda Oftalmologiya elminin sürətli inkişafı sayəsində bugün daha bir uğura imza atıldı.
Azərbaycanda Oftalmologiya elminin sürətli inkişafı sayəsində bugün daha bir uğura imza atıldı. Uzun illərdən sonra Azərbaycanda ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Keratoplastika əməliyyatı uğurla həyata keçirildi. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin tibb elminə göstərdiyi yüksək diqqət və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Respublikanın baş oftalmoloqu, t.e.d., prof. Elmar Qasımovun Keratoplastika əməliyyatının yenidən Azərbaycanda icra olunması üçün gördüyü işlər nəticəsində artıq vətəndaşlarımız gözlərini əməliyyat etdirmək üçün başqa ölkələrə üz tutmayacaq. Bugün Mərkəzimizin yüksək ixtisaslı tibbi briqadası ilə birlikdə cərrah oftalmoloq Cəmil Həsənov tərəfindən Keratoplastika əməliyyatları uğurla həyata keçirildi.