Beynalxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktik konfrans
Hörmətli həmkarlar!
13 mart 2020 il tarixində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin konfrans zalında Beynalxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktik konfrans keçiriləcək.
Prezentasiyaların mövzusunu və məqalələri 10 fevral 2020 il tarixinə qədər elmihisse2@gmail.com və oftalmoloqlarcemiyyeti@gmail.com elektron ünvanlarına göndərməyinizi xahiş edirik.