Eksimer lazer

Eksimer lazer

Eksimer – lazer nədir?

Eksimer lazer 20 ildən artıqdır refraktiv qüsurların müalicəsində müvəffəqiyyətlə istifadə olunur.

Eksimer lazer miopiya, hipermetropiya və astiqmatizmanın müalicəsində istifadə olunur.

Eximer lazerin növləri: Lasik, Femtolasik, Lasek və PRK

Lasik.

Lasik ilə 12,0 dərəcəyə qədər miopiya, 6 dərəcəyə qədər hipermetropiya və astiqmatizm müalicə edilə bilər. Lasikdən əvvəl yumşaq kontakt linza istifadə edən xəstələr 1 ay, sərt linza istifadə edənlər isə 3 həftə linza istifadə etməməlidirlər.

PRK.

PRK əsasən aşağı dərəcəli refraktiv qüsurlar zamanı istifadə olunur. Bu zaman buynuz qişanın epitel qatı mexaniki olaraq soyulur və eximer lazer tətbiq olunur.

Lasek.

Bu zaman epitel təbəqəsi durulaşdırılmış spirt məhlulu ilə ayrılır, lazer tətbiq olunduqdan sonra təkrar yerinə qoyulur.

Femtolasik.

Lasik müalicəsində ən önəmli mərhələ korneanın üst təbəqəsində fleb yaradılmasıdır. Fleb yaradılmasında son illərdə femtosaniyə lazer texnologiyası istifadə olunur. FS 200 Femtosaniyə lazer bu məqsədlə istifadə olunan ən sürətli texnologiyadır.

Üstünlükləri:

-Femtosaniyə lazerlə xəstənin refraktiv qüsuruna uyğun fleblər yaradılır
-Xüsusilə hipermetropiya və astiqmatizmanın müalicəsində daha effektivdir
-Femtosaniyə fleblərində xəstələrdə müşahidə olunan göz quruluğunun yaranma riski daha azdır
-Femtosaniyə fleblərdə mikrokeratom ilə yaradılan fleblərdə müşahidə olunan ağırlaşmalara rast gəlinmir.