Gəncədə Dünya Görmə Günü münasibətilə aksiya keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında təşkil olunan aksiya zamanı göz xəstəlikləri olan bir qrup insan müalicə və müayinə olunub.
Akademik Zərifə Əliyeva adına Milli Oftomoloqiya Mərkəzinin Gəncə filialının kiçik elmi işçisi Qafar Tağıyev SalamNews-un bölgə müxbirinə bildirib ki, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə bölgədə vaxtaşırı göz xəstəlikləri ilə bağlı geniş maarifləndirmə tədbirləri keçirilir. "Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. İndiki aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılır".
Həkim daha sonra deyib: "Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının patalogiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür". (Gəncə,13 oktyabr, SalamNews, B.İsmayılov)