Hər ay mütəmadi olaraq Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) toplantısı keçirilir.
28 fevral 2020-ci il tarixində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 4-cü toplantısı keçirildi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşakar mütəxəssislərlə, alimlərlə birgə görüş keçirildi. 5 məruzə dinlənildi. Toplantıda MOM-dan və digər təşkilatlardan oftalmoloqlar, iştirak etdi
Toplantını giriş nitqi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, t.ü.e.d.,professor Elmar Qasımov açaraq oftalmologiyada olan yeniliklərdən, problemlərdən və gələcək planlardan danışdı.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini T.ü.f.d. Abdıyeva Yazgül “Həkim deontologiyasından” danışaraq, ideal həkim necə olmalıdır məsələlərinə toxundu. Daha sonra cərrah-oftalmoloqlar tərəfindən, öz təcürbələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edildi. Məruzələr Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Əfədiyeva Mətanət, t.ü.f.d. İbrahimzadə Günay, Avrasiya Hospitaldan Dr. Carulla-zadə İmran, ATU-dan Əliyeva Gülnar tərəfindən təqdim edildi. Toplantıda maraqlı kliniki hallar - “Глаукома артифакичного глаза на фоне периодической болезни”, “Удаление искусственного заполнителя периорбитальной области”, “İnfeksion Mononukleoz”, “Müalicəyə tabe olmayan madaroz” mövzuları müzkirə edildi. Sual və təkliflər səsləndirildi.
Prof.Çingiz Carulla-zadə,prof.Paşa Qəlbinur, prof. Hacıyev Rasim, t.ü.e.d Hicran Namazova , t.ü.e.d Rəna Ağayeva, Dr. Emin Əlihüseynli və digər mütəxəssislər gənc oftalmoloqların inkişafına aid bir sıra təkliflər və tövsiyyələrini verdilər.