Hörmətli həmkarlar! (WETLAB)
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sizi 10.03.2020 – 14.03.2020-ci il tarixlərində "REFRAKTİV CƏRRAHİYYƏ. EKSİMER LAZER (PRK, LASIK, Femto-Lasik). KROSSLİNKİNG. İNTRASTROMAL HALQALARIN İMPLANTASİYASI" və 30.03.2020 – 03.04.2020-ci il tarixlərində "OFTALMOLOGIYADA ULTRASƏS DİAQNOSTİKA" mövzusunda tədris proqramlarındada (WETLAB) iştirak etməyə dəvət edir.
Tədris proqramı azərbaycan, rus, ingilis dillərində aparılacaq.
Kurs Avant-Garde PHARMA MMC (AMO şirkətinin Azərbaycanda eksklyuziv distribyutoru) dəstəyi ilə təşkil olunub.
Tədris proqramı üçün lazım olan sənədlər siyahısı:
1. Şəxsiyyət vəsiqəsinin sürəti
2. Diplom və interna sürəti
Qeyd: Sənədlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinə təhvil verilməlidir.
Əlavə məlumat üçün +994 51 433 81 16, 50 388 19 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.