K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirildi.
23 sentyabr 2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirdi. Aksiya çərçivəsində xəstəxananın 59 əməkdaşı müayinə olundu. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri həll etməkdir.