Kitabxana
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yarandığı ilk gündən onun tərkibində kitabxana fəaliyyət göstərməyə başlamışdır. Hazırda kitabxanada həm Azərbaycan dili həm də digər xarici dillərdə (ingilis,rus,turk...) nəşr olunmuş yeni, dünyaəhəmiyyətli əsas oftalmoloji və tibbi məlumatları özündə əks etdirən kitab,jurnal,metodik tövsiyələr və s. saxlanılır. Bunların arasında Milli Oftalmologiya Mərkəzinin direktoru t.e.d. professor E.Qasımovun müəllifi olduğu, eləcə də mərkəzin digər həkimlərinin kitabları önəmli yer tutur. Kitabxanadan Azərbaycan Tibb Universiteti,Təkmilləşmə İnstitutu və Milli Oftalmologiya Mərkəzinin tələbə, rezident və həkimləri yararlana bilərlər.Hazırda kitabxananın fondunda 6550 kitab və jurnal saxlanılır. Bunlardan 351-i yerli ədəbiyyata, qalanlar isə xarici ədəbiyyata aiddir.