MOM-da qan vermə aksiyası təşkil olundu.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya Transfuziologiya İnstitutu nəzdindəki Mərkəzi Qan Bankının işçiləri, irsi qan xəstəliyindən əziyyət çəkən Talassemiyalı uşaqlar üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qanvermə aksiyası təşkil etdilər. Mərkəzin əməkdaşları bu aksiyada fəal iştirak etdilər.