Milli Oftalmologiya Mərkəzinin cərrah-oftalmoloqu, t.ü.f.d. Fidan Ağayeva 2019-cu ilin noyabrından 2020-ci ilin noyabrınadək Avropa Qlaukoma Cəmiyyətindən beynəlxalq qrantını alıb
Almaniyanın Mainz şəhərində yerləşən Johannes-Gutenberg Universitetin Göz klinikasında çalışıb. Bu Mərkəz Almaniyada ən böyük Qlaukoma Mərkəzi, Avropada isə Londonda yerləşən Moorfields Göz Klinikasından sonra ikinci yeri tutan ən böyük Uşaq Qlaukoma Mərkəzi sayılır.Yalnızca klinik məlumatları deyil, həm də pediatrik qlaukoma xəstələrində aparılan genetik müayinələrin nəticələrini özündə cəmləşdirən Almaniyada Uşaq Qlaukomasının Milli Reyestrinin əsaslarının qoyulmasında olmağımız, bizə yalnız Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində qlaukoma ilə olan uşaqlara akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində yüksəkixtisaslı oftalmoloji yardım göstərməyə imkan yaradacaq.