Milli Oftalmologiya Mərkəzi haqqında
1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur.
2006-cı ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Qasımov Elmar Mustafa oğlu rəhbərlik edir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Mərkəzdə “Konsultativ poliklinika”, “Qlaukoma”, “Katarakta cərrahiyyəsi”, “Buynuz qişanın cərrahiyyəsi və transplantasiyası”, “Eksimer-lazer”, “Gözün yoluxucu xəstəlikləri”, “Uşaqlarda gözün patologiyası”, Tor qişanın və görmə sinirinin patologiyası”, “Şəkərli diabetin göz fəsadları”, “Gözün vitreoretinal cərrahiyyəsi”, “Lazer cərrahiyyəsi”, “Gözün zədəsi”, “Okuloplastik və rekonstruktiv cərrahiyyə”, “Onko-oftalmoloji”, “Cərrahiyyə-əməliyyat bloku”, “Şüa-diaqnostikası”, “Gözün tibbi ekspertizası” şöbələri fəaliyyət göstərir.
Azərbayanda yalnız akademik Zərifə Əliyeva adına Milli Ofalmologiya Mərkəzində “Uşaqlarda gözün patologiyası” şöbəsi yaradılmışdır. Şöbədə yüksək ixtisaslı təcrübəli həkim və tibb işçiləri tərəfindən uşaqların rahat müayinəsi və müalicəsi həyata keçirilir.
Mərkəzin Eksimer-lazer şöbəsində gözün refraktiv qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm), keratokonus xəstəliyinin diaqnostikası və müalicəsi ən müasir diaqnostik və cərrahi avadanlıqlarla həyata keçirilir.
Akademik Zərifə Əliyeva adına Milli Ofalmologiya Mərkəzinin “Şəkərli diabetin göz fəsadları” şöbəsində xəstələrin erkən və dəqiq diaqnostikası, lazer və cərrahi müalicəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən ən son texnologiyalı avadanlıqlarla aparılır.
Mərkəzdəki digər şöbələr kimi “Cərrahi əməliyyat bloku” da beynəlxalq standartlara cavab verən Amerika, Yaponiya, Almaniya istehsalı olan cərrahi avadanlıqlarla təchiz olunmuşdur. Şöbədə yüksək ixtisaslı, təcrübəli oftalmoloji və anestezioloji mütəxəssis heyyəti tərəfindən gözün istənilən patologiyasının cərrahi müalicəsi həyata keçirilir.
Mərkəzin direktoru tibb üzrə elmlər doktoru, professor E.M. Qasımovun fəaliyyəti nətiəsində Azərbaycanda yüksək ixtisaslı gənc oftalmoloqlar hazırlanır və Oftalmologiya elmi sürətlə inkişaf edir.