Oftalmoloqlar Cəmiyyətinin 12-ci regional konfransı Naxçıvanda keçirilib.
Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 12-ci Regional Konfransı və tibbi aksiyası keçirilib. Tədbirlər akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilib.
Naxçıvan Tibb Mərkəzinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri Ləman İbrahimova, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov və digər çıxış edənlər Naxçıvanda səhiyyə, o cümlədən oftalmologiya sahəsində əldə olunan irəliləyişlərdən bəhs ediblər.
Konfransda oftalmologiya sahəsində tətbiq olunan ən son yeniliklər və əldə olunan nəticələr barədə söhbət aparılıb.
Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.
Konfrans çərçivəsində Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri tərəfindən tibbi aksiya keçirilib, müayinə və müalicələr təşkil olunub.