Region həkimləri oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə tanış olurlar
Lənkəranda Azərbaycan Retinoloqlarının 7-ci konfransı keçirilir. Konfransın əsas mövzusu gözün arxa hissəsinin xəstəliklərinə həsr olunub. Ölkəmizin tanınmış oftalmoloqları bu sahədə baş verən yenilikləri, nailiyyətləri araşdırıb, təkliflər verəcəklər.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Retinoloqlarının 7-ci konfransında iştirak edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Müşfiq Kərimov deyib.
Onun sözlərinə görə, konfransda məqsəd region həkimlərini oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə tanış etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.