Samux Rayon İcra Hakimiyyətinin (RİH) Samux Rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux RİH-nin başçısı Firdovsi
Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, Samux Rayon Yeni
Azərbaycan Partiyasının sədri Gündüz Bayramov, şəhid ailələri, idarə, müəssisə və təşkilatların
əməkdaşları iştirak edib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Samux RİH-nin başçısı Firdovsi Əliyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın elmi və
tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və
aktuallığını qoruyur: "Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu
keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına
dəyərli töhfələr verib".
Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli isə çıxışında Azərbaycan
dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı,
sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına
qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb.
Tədbirin sonunda Samux rayon səhiyyəsində fərqlənən həkimlərə Fəxri Fərman təqdim edilib.