Uşaqlarda göz patologiyaları
Göz xəstəliklərinin bir çoxu uşaq yaşlarında meydana çıxır. Bu səbəbdən erkən diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi çox önəmlidir.
Uşaqlarımızın gözlərini qorumaq üçün
- Uşağın 1 yaşında
- Məktəbə başlamadan əvvəl
- Məktəb vaxtı mütəmadi olaraq göz müayinəsi aparılmalıdır.
Lakin, uşaqlarda aşağıdakı hallar müşahidə olunarsa mütləq uşaq göz həkiminə müraciət olunmalıdır:
- Uzağa baxanda gözlərini qıymaq
- Gözlərində çəplik
- Gözdə qızarıqlıq və sulanma
- Gözlərini çox qaşımaq
- Əşyaları gözünə çox yaxın tutmaq
- Başını əyərək baxmaq
- Göz bəbəyinin ağ görsənməsi
- Yarımçıq doğulmuş uşaqlar
- Ailədə görmə patalagiyaları varsa