28-29 avqust 2024-cü il tarixlərində azad edilmiş torpağımız -  Xankəndi şəhərində tibbi aksiya keçirildi

28-29 avqust 2024-cü il tarixlərində azad edilmiş torpağımız - Xankəndi şəhərində tibbi aksiya keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası 28-29 avqust 2024-cü il tarixlərində azad edilmiş torpağımız - Xankəndi şəhərində tibbi aksiya keçirildi.

"Böyük Qayıdış" Proqramı çərçivəsində keçirilən ikigünlük aksiya zamanı 177 nəfər oftalmoloji müayinə olunub.

Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.

Aksiyanın əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq və erkən diaqnoz qoymaqdır. Bu təşəbbüs sayəsində, yerində həyata keçirilən müayinələr vasitəsilə insanların görmə problemləri daha erkən mərhələlərdə aşkar ediləcək, beləliklə, vaxtında müdaxilə edilərək ciddi problemlərin qarşısı alınacaq. Həmçinin, insanların göz sağlamlığını qorumaq, görmə itkisinə yol açan xəstəlikləri önləmək və bu sahədə maarifləndirmə işlərini gücləndirmək də aksiya çərçivəsində nəzərdə tutulmuşdur.

Aksiyada xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərilib və onların sağlamlığını bərpa etmək üçün ən son avadanlıqlardan istifadə olunub. Bu təşəbbüslər, həmçinin bölgə üzrə insanların göz sağlamlığını qorumağa yönəlmiş uzunmüddətli bir hədəfi dəstəkləyir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri t.ü.f.d. Mirana Mirişova və dr. Lamiyə Həsənzadə tərəfindən həyata keçirildi.

Aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini dr. Nəzərli Ceyhun, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural və Səyyar Klinikanın sürücüləri Nəsirov Vasif və Məmmədov Vüsal iştirak etdilər.

FACEBOOK