Xəstələrə gözün buynuz qişasının transplantasiyasının başlanılacağı tarix AÇIQLANDI
Unikal.org-un xəbərinə görə, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) aparıcı elmi işçisi Fərəh Abduləliyeva deyib.
Onun sözlərinə görə, təkcə MOM-da 3000-dən çox xəstəyə gözün buynuz qişasının köçürülməsinə ehtiyac var və həmin xəstələrin 20 faizini uşaqlar təşkil edir.
F. Abduləliyeva qeyd edib ki, Azərbaycana gözün buynuz qişasının ABŞ, İran və Rusiyadan gətirilməsi nəzərdə tutulur: "Hazırda sənədləşmə işləri aparılır. Yaxın həftələrdə ölkəyə gözün buynuz qişasının gətirilməsinə başlanacaq. İlkin mərhələdə gözün buynuz qişası təcili əməliyyata ehtiyacı olan xəstələrə köçürüləcək".
Qeyd edək ki, əməliyyatlar MOM-da və Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçiriləcək.