Yüksəkixtisaslı mütəxəssislər Respublika bölgələrində
23-24 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli 10-S nömrəli sərancamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə Nazirliyin göstərişi ilə müxtəlif sahələr üzrə yüksəkixtisaslı mütəxəssislər Respublikanın bölgələrinə ezam olunmuşdur. Bu sərancam çərçivəsində Mərkəzimizin həkimləri 23 fevral tarixində Lənkəran və Quba rayonlarına, 24 fevral tarixində isə Sabirabad, Gəncə və Sumqayıt şəhərlərinə ezam olunmuşdur.