Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 10-11 may 2024-cü il tarixlərində Astara rayon sakinləri üçün Ümumilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirildi.

Aksiya çərçivəsində 115 nəfər müayinə olundu.

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasientlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri, dr. Əzizi Hikmət və dr. Güllərov Orxan tərəfindən həyata keçirildi.