Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının III elmi-praktik konfrans

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının III elmi-praktik konfrans

Əziz Həmkarlar, 1 iyun 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının III elmi-praktik konfransı keçiriləcək. Bu sahəyə maraq göstərən gənc və təcrübəli bütün oftalmoloqlarımızı dəvət edirik.

Vətənimizin hər güşəsindən gələn qonaqlarımızı salamlayırıq. Vitreoretinal cərrahiyyə və tibbi retina sahəsində elmi və praktiki yeniliklərin müzakirəsini və mübadiləsini maraqlı keçirmək üçün sizləri konfransımıza dəvət edirik. Sessiyalar arası kofe-breyklərdə, nahar fasiləsində dostluq görüşlərini və xoş mühiti təşkil etmək niyyətindəyik, köhnə dostlarla görüşmək, yeni dostlar qazanmaq üçün bir daha sizləri konfransımıza dəvət edirik!

 Məlumdur ki, vitreoretinal xəstəliklərin müalicəsi oftalmologiyanın ən gənc, inkişafda olan və ən çox ehtiyac duyulan sahələrindən biridir. Son 15 ildə bizim mərkəzdə bu sahənin inkişafı üçün xeyli işlər görülmüşdür. Bir çox cərrahımız ABŞ, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Hindistan, Bangladeş və s. ölkələrin məşhur klinikalarında kurslar keçmiş, yaxşı mütəxəssis kimi mərkəzimizə qayıtmışlar və xalqımızın sağlamlığının keşiyində dururlar.

Son üç ildə təcrübə mübadiləsi etmək üçün vitreoretinal patologiya üzrə iki konfrans keçirilmiş, üçüncü konfrans isə yaxın günlərdə mərkəzimizdə keçiriləcək.

Bu konfransa biz bir sıra xarici həmkarlarımızı, o cümlədən xaricdə kurs keçmiş həkimlərimizin müəllimləri olan məşhur cərrahları da dəvət etmişik. Məqsədimiz onların son təcrübələrindən bir daha bəhrələnməkdir. Bu cərrahlar arasında Ukraynanın məşhur vitreoretinoloqu Dr. Qalina Levitskaya, Hindistanın məşhur vitreoretinoloqları Dr. Dhanashree Ratra və Dr. Vineet Ratra da var.

Konfransın proqramı ilə buradan tanış ola bilərsiniz:


Ən yaxşı arzularla,

Konfransın Təşkilat Komitəsi