Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Retinoloqlarının 8-ci Konfransı keçirildi!
16 dekabr 2023-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycan Retinoloqlarının 8-ci Konfransı keçirildi.
Konfarns Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akad. Zərifə Əliyeva adına Milli Oftalmoligiya Mərkəzinin birgə təşşəbüsü ilə həyata keçirilib.
Konfransın keçirilməsində məqsədi göz dibi xəstəliklərinə aid cərrahiyyədə baş verən ən son yenilikləri araşdırmaq, yeni müalicə üsullarından istifadə etmək və təkliflər verməkdən ibarətdir.
Konfransın təşkilat komitəsinin sədri t.e.d. Müşfiq Kərimov, heyət üzvləri isə t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Yazgül Abdiyevadır və dr. Ceyhun Nəzərli idi.
Konfrans t.e.d. Müşfiq Kərimov, t.ü.f.d. Polad Məhərrəmov, t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Aişə Şahmalıyeva, t.e.d. dos. Tural Qəlbinur, dr. Emin Əlihüseynli, t.ü.f.d. Natavan Əliyeva, dr. Nigar Şahbazova, dr. Anar Rəhimov, dr. Nurana Nuriyevanın moderatorluğu ilə həyata keçirildi.
Konfransda “Mərkəzi seroz xorioretinopatiyaların müalicəsində müasir yanaşma”, “Sarkoidoza bağlı uveit”, “Şəkərli diabet zamanı uveitin kliniki-immunoloji xüsusiyyətləri”, “Diabetik makula ödeminin müalicəsində proqnostik faktorlar”, “Görmə siniri patologiyalarının diaqnostikasında VEP müayinəsinin rolu” və s. kimi məsələlər müzakirə edildi.
Məruzələr T.e.d. Müşfiq Kərimov, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Bənövşə Hacıyeva, t.ü.f.d. Natavan Əliyeva, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Polad Məhərrəmov, t.ü.f.d. Səbinə Məcidova, dr. Cəmilə Axundova, dr. Nurana Nuriyeva, dr. Nigar Şahbazova, dr. Tərlan Əliyeva, dr. Sevda Hidayətzadə, dr. Aytən Quliyeva, dr. Anar Rəhimov, dr. Şahin Novruzlu, dr. Ruslan Məmmədov, dr. Mədinə Fərziyeva, dr. Məhərrəm Pirmətov, dr. Ruhiyyə Hacıyeva, dr. İnara Hacı, dr. Gülnar Əliyeva, dr. Rəhimə Poluxova, dr. Ülkər İsmayılova, dr. Günay Rüstəmbəyova tərəfindən təqdim edilib.