Görmə orqanının travmaları

Görmə orqanının travmaları

Görmə orqanının travmaları təcili müdaxilə tələb edən haldır. Görmə orqanının travmaları məişət qəzaları, avtoqəza, istehsalat qəzaları, silah yaralanmaları və digər hallarda rast gəlinir.

Görmə orqanının travmalarının təsnifatı:

- Gözün kimyəvi, termiki və şüa zədələnmələri
- Gözün yardımçı aparatının travmaları
- Qapalı göz travmaları
- Açıq göz travmaları

Müayinələr:

- Biomikroskopiya
- Kompyuter tomoqrafiya
- Maqnit rezonans tomoqrafiya
- Rentgen
- Ultrasəs müayinəsi ( B scan )

Gözün kimyəvi yanıqları zamanı mümkün qədər tez zamanda göz fizioloji məhlulla yaxud təmiz su ilə yuyulmalıdır. Daha sonra lakmus kağızı ilə konyunktiva kisəsində pH-ın neytrallaşması yoxlanılmalı və yuyulma pH neytrallaşana qədər aparılmalıdır.

Termiki yanıqlar zamanı ilk yardım kimi toxumaların soyuması üçün yuyulması – su və ya fizioloji məhlulla irriqasiyası məsləhət görülür.

Gözün açıq yaralanmaları görmənin itirilməsi və daha ağır fəsadlara yol aça bilər. Bu səbəbdən belə hallarda ilk 24 saat ərzində göz həkimİnə müraciət etmək sonrakı ağır nəticələrin qarşısının alımnması üçün çox önəmlidir.

Göz almasının zədələnmələri zamanı hər bir halda xəstə təcili olaraq oftalmoloqa müraciət etməli və xəstəyə ilkin tibbi yardım göstərilməlidir.