Torlu qişa xəstəlikləri

Torlu qişa xəstəlikləri

Retina nədir?

Retina (torlu qişa) gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur.

Müayinə metodları:

- Direkt və indirekt oftalmoskopiya
- Optik Koherens Tomoqrafiya ( OKT )
- Fundus Flüoressein Angioqrafiya (FFA)
- İndosianin Yaşılı Angiografiyası ( İCGA )
- Mikroperimetriya
- Elektroretinoqrafiya
- Görmənin oyandırdığı potensiallar (VEP) 

Torlu qişa xəstəliklərində şikayətlər:

- Görmə itiliyinin azalması
- Əşyaları əyri və pozulmuş şəkildə görmək
- Əşyaları yarımçıq və ləkəli görmə
- Göz qabağında işıq çaxmaları və uçuşmalar

Torlu qişa xəstəlikləri:

- Torlu qişanın irsi xəstəlikləri
- Torlu qişanın damar mənşəli xəstəlikləri
- Makulanın xəstəlikləri
- Torlu qişanın qopması

Diabetik retinopatiya:

Şəkərli diabet xəstələrində xəstəliyin başlanğıc dövrlərində diabetik retinopatiya halları nadir görülürsə, 15 ildən sonra 1-ci tip şəkərli diabetdə təqribən 100% və 2-ci tip şəkərli diabetdə təqribən 75% halda diabetik retinopatiya əlamətləri müşahidə edilir. Şəkərli diabeti olan xəstələr ildə 1dəfə gözlərini müayinə etdirməlidirlər. Diabetik retinopatiya başlanmış xəstələr isə hər 6 aydan bir oftamoloq müayinəsindən keçməlidirlər.

Yaşa bağlı makula degenerasiyası:

60 yaşdan yuxarı şəxslərdə zəifgörmənin əsas səbəblərindən biri Yaşa bağlı makula degenerasiyasıdır. Bu xəstələrdə görmənin zəifləməsi, metamarfopsiya (əşyaları əyri görmə), görmə sahəsində mərkəzdə ləkələr müşahidə olunur.