22 may 2009-cu il tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur.
23.05.2024
22 may 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 15 illiyi münasibətilə mərkəzdə 15 illiyə həsr edilmiş konfrans həyata keçirilib. Konfransda Oftalmologiya Mərkəzinin peşəkar həkim heyəti və digər kollektiv əmədaşları iştirak etdilər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov konfransı öz çıxışı ilə açıq elan edib. Mərkəzin 15 illik fəaliyyətindən və bu illər ərzində görülmüş uğurlu nəaliyyətləridən bəhs edib. Bununla yanaşı qeyd etdiki Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini,
gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində
aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər. Bundan sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımov mərkəzin aparıcı mütəxəssilərini mərkəzin 15-ci ildönümünə həsr edilmiş xatirə medalı və təbrik diplomu ilə təltif etmişdir.
Konfransda t.e.d. Namazova Hicran, t.e.d. Bağırov Nizami, t.e.d. Ağayeva Rəna, t.e.d. Haşımova Nübar, t.ü.f.d. Əhmədova Aybəniz, t.e.d Kərimov Müşfiq, baş tibb bacısı Seyidzadə Sevil, t.ü.f.d. Həsənov Cəmil və t.ü.f.d. Axundova Lalə öz çıxışlarını təqdim edərək, yeni mərkəzin fəaliyyət və uğurlarından bəhs etdilər.