15 mart 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Azərbaycan Qlaukomatoloqlarının V konfransı”  keçirildi

15 mart 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Azərbaycan Qlaukomatoloqlarının V konfransı” keçirildi

18.03.2024

Konfransın keçirilməsində əsas məqsəd Qlaukoma mövzusu ilə bağlı yenilikləri, müalicə üsullarını müzakirə etmək, region həkimlərinin və gənc kadrların iştirakını təmin edərək, onların bu yenilikləri tətbiq etməsinə şərait yaratmaqdan ibarətdir.

Konfrans təşkilat komitəsinin üzvləri dr. Ceyhun Nəzərli, t.ü.f.d. Cəmil Həsənov, t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Nigar Həsənova, t.ü.f.d. Ruhəngiz Balayeva və dr. Sona İbrahimova tərəfindən həyata keçirildi.

Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda Türkiyədən, regionlardan, digər təşkilatlardan və Mərkəzdən həkim heyəti iştirak edirdi.

Konfrans, moderatorlar- t.e.d., prof. Kərəm Kərimov, t.e.d., prof. Paşa Qəlbinur, t.e.d. Hicran Namazova, t.e.d. Nizami Bağırov, t.e.d. Rasim Hacıyev, t.e.d. Müşfiq Kərimov, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Aybəniz Əhmədova, t.ü.f.d Qurban Ismayilov, t.ü.f.d. Nigar Həsənova, Dr. Emin Əlihüseynli, t.ü.f.d Сəmil Həsənov, t.ü.f.d. Rafadar Xəliliov, Dr. Xəlil Hüseynov, Dr. Məhərrəm Pirmətov, və Dr. İmran Carullazadə tərəfindən həyata keçirildi.

Konfrasda t.e.d. Hicran Namazova, dr. Kazımova Leyda, dr. İbrahimova Sona, t.ü.f.d. Məmmədova Gülnarə, t.ü.f.d. Məcidova Səbinə, Ramazanova Xuraman, t.ü.f.d. Sultanova Mariat, t.ü.f.d. Həsənova Nigar, t.e.d. Qəlbinur Tural, t.ü.f.d. Əfəndiyeva Mətanət, dr. Carullazadə İmran dr. Pirmətov Məhərrəm, dos. Mehmet Yakın, dos. Gülizar Demirok və dos. Ümit Ekşioğlu tərəfindən məruzə edilib.

Daha sonra Canlı cərrahiyə t.ü.f.d Həsənov Cəmil tərəfindən təqdim olundu.

Sonda sual və təkliflər səsləndirilib.